Dünya ölkələrində işsizlik nisbətinin müqayisəsi  

10:00 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BVF-nin Oktyabr Dünya İqtisadi Görünüşünün son proqnozuna əsasən, ölkələrdəki işsizlik göstəriciləri hesablanıb və cədvəl hazırlanıb.

Hafta.az-ın yazdığına görə, 100 ölkəni əhatə edən araşdırmaya görə, işsizlik səviyyəsi ən aşağı Tailanddadır (1,2 faiz). Araşdırmaya görə, bu nisbətin Türkiyədə 9,9 faiz, ABŞ-da 3,6 faiz, Avstraliyada 3,7 faiz, İspaniyada isə 11,8 faiz olacağı proqnozlaşdırılır. Ən yüksək işsizlik səviyyəsi Sudan (46 faiz) və Cənubi Afrika Respublikasındadır (32,8 faiz). İşsizlik İsveçrədə 2,1 faiz, Yaponiyada 2,5 faiz, Cənubi Koreyada 2,7 faiz və Meksikada 2,9 faiz təşkil edir.

Avropa ölkələri arasında ən aşağı işsizlik nisbətləri 3 faizdən aşağı olan İsveçrə, Çexiya və Andorrada müşahidə olunur. Avrozonada orta səviyyə 6,6 faiz, Almaniya 3,3 faiz, İspaniyada isə 11,8 faiz işsizlik səviyyəsi var.

ABŞ-da işsizlik rekord həddə - 3,6 faizlə qeydə alınıb. Ümumilikdə G7 ölkələri üçün bu göstəricinin 4,1 faiz olacağı gözlənilir.

BVF-nin proqnozuna Hindistanla bağlı məlumatlar daxil olmasa da, digər mənbələr oktyabr ayında orada işsizliyin 10 faizə yüksəldiyini bildirir. Bu, son iki ildə ölkə üçün ən yüksək göstəricidir, lakin hələ də Cənubi Afrikadakı göstəricidən xeyli aşağıdır.

Rusiyada işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 2023-cü ildə 3,9 faizdən 3,3 faizə düşəcək. Ötən il ölkədə işsizlik 3,9 faiz səviyyəsində qeydə alınıb. Mərkəzi Bankın prezidenti Elvira Nabiullina ölkə üzrə işsizliyin 3 faiz, hətta bəzi regionlarda bu rəqəmin daha da az olduğunu qeyd edib.